Zelenski: “Saakaşvili Gürcüstanda korrupsiyanı aradan qaldırıb”

 Zelenski: “Saakaşvili Gürcüstanda korrupsiyanı aradan qaldırıb”

12 May, 2020 | 12:34

“Mixeil Saakaşvili Gürcüstanda prezidentliyi dövründə həqiqətən də müasir gömrük xidməti yaradıb və korrupsiyanı aradan qaldırıb”.

NewsBureau xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, M.Saakaşvilinin investorlarla da kifayət qədər möhkəm əlaqələri var: “Biz pensiya islahatından danışdıq və artıq Ukraynada da bunu həyata keçirmək vaxtıdır”.

Xatırladaq ki, V.Zelenski mayın 7-də M.Saakaşvilini Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edib. Gürcüstan məsələ ilə bağlı məsləhətləşmələr üçün Ukraynadakı səfiri Teymuraz Şaraşenidzeni geri çağırıb.

Digər xəbərlər