• 28.05.2020

Ukrayna prezidenti: “Gürcüstan səhv edir”

 Ukrayna prezidenti: “Gürcüstan səhv edir”

“Mənə elə gəlir ki, bu, Gürcüstan tərəfinin səhvidir. Məsləhətləşmələrdən sonra hər şey aydın olacaq”.

NewsBureau xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın bu ölkədəki səfirini geri çağırmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Saakaşvilinin təyinatı Ukraynanın qərarı, daxili siyasətidir: “Cənab Saakaşvili Ukrayna vətəndaşıdır, onun Ukrayna pasportu var. Mən Ukrayna prezidentiyəm və onu İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin etmişəm”.

V.Zelenski qeyd edib ki, Ukraynanın Gürcüstan və gürcü xalqı ilə münasibətləri olduqca yaxşıdır.

Digər xəbərlər