• 28.05.2020

Əcnəbi vətəndaşların Azərbaycanda qalma müddəti uzadılır

 Əcnəbi vətəndaşların Azərbaycanda qalma müddəti uzadılır

Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 01 -31 may tarixlərində  bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin  müraciətləri Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.

NewsBureau xəbər verir ki, bu barədə DMX-nin müraciətində bildirilib.

Qeyd olunub ki, bunun üçün həmin şəxslər Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə)  dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər.

Ətraflı məlumat üçün DMX-nin Facebook, Twitter sosial hesablarından və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmaq xahiş olunur.

Digər xəbərlər