• 28.05.2020

Gürcüstan və Azərbaycan prezidentləri regional həmrəyliyi müzakirə ediblər

 Gürcüstan və Azərbaycan prezidentləri regional həmrəyliyi müzakirə ediblər

Gürcüstan Prezidenti Salome Zurabişvili və Azərbaycan Prezidenti İlham Əliyev arasında videozəng vasitəsilə danışıq olub.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan Prezindetinin Administrasiyası məlumat yayıb.

S.Zurabişvili bildirib ki, dünyada yaranan yeni vəziyyətdə regional həmrəylik də daxil olmaqla bütün səviyyələrdə həmrəylik olduqca böyük əhəmiyyət kəsb etməyə başlayıb.

Dövlət başçısı azərbaycanlı həmkarına dünənki həmrəylik nümayişinə görə minnətdarlıq edib. O qeyd edib ki, Bakıda Heydər Əliyev Mərkəzinin binasına Gürcüstan bayrağının proyeksiya olunması Gürcüstana dəstəyin nümayişi və həmrəylik mesajıdır.

İ.Əliyev öv növbəsində Gürcüstanda koronavirusla mübarizədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Prezidentlər həmçinin regional həmrəylik məsələlərini də nəzərdən keçiriblər. S.Zurabişvili koronavirusun yaratdığı çətin vəziyyətin tezliklə başa çatacağına ümidvar olduğunu deyib. O qeyd edib ki, regional səfərlər siyasi gündəmdə prioritet olacaq və Azərbaycan Prezidentinin Gürcüstana səfəri baş tutacaq.

Digər xəbərlər