• 30.03.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı üçə çatdı

 Azərbaycanda koronavirusa yoluxanların sayı üçə çatdı

İrandan Azərbaycana qayıdan iki nəfərdə koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

NewsBureau xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumatda bildirilib.

Azəbaycan vətəndaşları olan həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Virus İrandan qayıdan Rusiya vətəndaşında təsdiq olunub.

Digər xəbərlər