• 30.03.2020

Azərbaycanda da koronavirus tapıldı

 Azərbaycanda da koronavirus tapıldı

Azərbaycandan koronavirusa ilk yoluxma halı qeydə alınıb.

NewsBureau xəbər verir ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır.

İrandan Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib.

Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Digər xəbərlər