• 28.02.2020

Paşinyan: “Selfi erməni sözüdür” – VİDEO

 Paşinyan: “Selfi erməni sözüdür” – VİDEO

Almatı şəhərində Rusiya və Ermənistanın baş nazirləri Mixail MişustinNikol Paşinyan arasında görüş olub.

NewsBureau xəbər verir ki, hökumət başçıları selfi çəkdiriblər.

Görüş başlamazdan öncə M.Mişustin zala daxil olaraq stol arxasında əyləşmək istəyib. Erməni həmkarı isə onu şəkil çəkdirmək üçün bayraqların önünə dəvət edib.

Birgə fotodan sonra N.Paşinyan mobil telefonunu çıxararaq “bəlkə selfi də çəkdirək?” deyə soruşub.

Görüş iştirakçılarının gülüşü fonunda hər iki baş nazir selfi çəkdirib.

M.Mişustin erməni həmkarından “selfi ermənicə necə olacaq?” deyə maraqlanıb. Paşinyan cavabında “selfi?” bu erməni sözüdür” deyib.

Digər xəbərlər