Azərbaycan və Ermənistan XİN başçıları görüşəcəklər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri dekabrın 4-də Bratislavada görüşəcəklər.
NewsBureau xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.
Görüş ATƏT-in Nazirlər görüşü çərçicvəsində baş tutacaq.