• 13.12.2019

Tsereteli və Paşinyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

 Tsereteli və Paşinyan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ATƏT Parlament Assambleyasının prezidenti Giorgi Tsereteli Ermənistana səfər edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində G.Tsereteli Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in vasitəçiliyi  ilə bağlı müzakirələr aparılıb.

Tərəflər regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və Gürcüstan-Ermənistan qarşılıqlı əlaqələrini də nəzərdən keçiriblər.

Oxşar xəbərlər