• 14.12.2019

Gürcüstan və Ermənistan prezidentləri Tokioda görüşüblər

 Gürcüstan və Ermənistan prezidentləri Tokioda görüşüblər

Gürcüstan prezidenti Salome Zurabişvili Yaponiyanın paytaxtı Tokioda ermənistanlı həmkarı Armen Sarkisyanla görüşüb.

NewsBureau xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli münasibətlər və bölgədəki vəziyyət müzakirə olunub.

Prezidentlər Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi əlaqələr və mədəni əməkdaşlığın gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər. Tərəflər həmçinin texnologiya, qida təhlükəsizliyi, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələlərinə də toxunublar.

Oxşar xəbərlər