• 15.12.2019

Cənubi Qafqazın ilk illüstrasiyalı biomüxtəliflik xəritəsi hazırlanıb

 Cənubi Qafqazın ilk illüstrasiyalı biomüxtəliflik xəritəsi hazırlanıb

Cənubi Qafqazın ilk illüstrasiyalı biomüxtəliflik xəritəsi hazırlanıb.

Xəritənin hazırlanmasına Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) dəstək verib.

Simon Canaşia adına Gürcüstan Dövlət Muzeyində keçirilən təqdimat mərasimində bildirilib ki, xəritə “National Geographic Gürcüstan” jurnalı və Gürcüstan Milli Muzeyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Xəritənin elektron versiyasına Cənubi Qafqazın, əsasən də Gürcüstanın biomüxtəlifliyini əsk etdirən 120, çap versiyasına isə 98 illüstrasiya daxil edilib.

Cənubi Qafqazın ilk illüstrasiyalı biomüxtəliflik xəritəsi ilə gürcü və ingilis dillərində www.map.natgeo.ge internet səhifəsində tanış olmaq mümkündür.

Oxşar xəbərlər