Giorgi Qaxaria distant iş rejiminə keçməyi tövsiyə edib

 Giorgi Qaxaria distant iş rejiminə keçməyi tövsiyə edib

15 Oktyabr, 2020 | 14:00

Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkənin dövlət və özəl müəssisələrinə müraciət edib.

NewsBureau xəbər verir ki, hökumət başçısı işəgötürənləri işçiləri imkan daxilində distant iş rejiminə keçirməyə çağırıb.

G.Qaxaria bildirib ki, mümkün olan yerlərdə məsafədən işləmək imkanları yaradılmalıdır: “Bu tövsiyədir. Biz əməkdaşların qayğısına qalmalı və onların sağlamlıqlarını qorumalıyıq”. /Report/

Digər xəbərlər