İlham Əliyev: “Gürcüstanda azərbaycanlı və ermənilər normal qonşu kimi yaşayırlar”

 İlham Əliyev: “Gürcüstanda azərbaycanlı və ermənilər normal qonşu kimi yaşayırlar”

14 Oktyabr, 2020 | 14:45

“Azərbaycan xalqı çox xeyirxah xalqdır. Məhz ona görə Azərbaycanda onlarla digər xalqların nümayəndələri yaşayırlar, sülh, ləyaqət içində yaşayırlar”.

NewsBureau xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev “Haber Türk” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı Qarabağda ermənilər və azərbaycanlıların bir yerdə yaşaya biləcəklərinə tam əmin olduğunu deyib:

“Necə ki, bu gün Azərbaycanın digər yerlərində, necə ki, məsələn Gürcüstanda. Gürcüstanda 300 mindən çox azərbaycanlı və təqribən 200 minə yaxın erməni əhali var. Bəzi kəndlərdə onlar bir yerdə yaşayırlar, bir kənddə. Onların arasında hər hansı bir problem yoxdur. Onlar normal qonşu kimi yaşayırlar, Rusiyada da, Ukraynada da, digər ölkələrdə də. Niyə də bunu burada edə bilmərik? Mən hesab edirəm ki, biz buna hazır olmalıyıq. Biz xalqlarımızı buna hazırlamalıyıq”.

Digər xəbərlər