XİN: “Azərbaycanla sərhəd danışıqları mütləq davam etdiriləcək”

 XİN: “Azərbaycanla sərhəd danışıqları mütləq davam etdiriləcək”

30 Sentyabr, 2020 | 21:54

“Sərhədlərin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan birgə komissiyası çərçivəsində danışıqlar mütləq davam etdiriləcək”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazir danışıqlar nəticəsində qarşılıqlı məqbul qərarın qəbul ediləcəyinə əminlik ifadə edib.

XİN başçısının sözlərinə görə, azərbaycanlı həmkarı Ceyhun Bayramovla Tbilisidə keçirdiyi birgə mətbuat konfransında Gürcüstanın danışıqları dərhal davam etdirməyə hazırlığına toxunub: “Komissiya tam yenilənib və biz danışıqların yeni mərhələlərinə hazır idik. Lakin pandemiya buna mane oldu. Bununla belə, komissiyada təmsil olunan bütün dövlət qurumları gündəlik olaraq işləyib və təhlillər aparıb”. /Report/

Digər xəbərlər