Azərbaycan səfirliyi: Ermənistan beynəlxalq hüququ kobudcasına pozur

 Azərbaycan səfirliyi: Ermənistan beynəlxalq hüququ kobudcasına pozur

28 Sentyabr, 2020 | 17:32

“Ermənistan dinc sakinləri hədəfə almaqla beynəlxalq hüququ kobud şəkildə pozur”.

NewsBureau xəbər verir ki, bu barədə Azərbaycan səfirliyində keçirilən brifinqdə müşavir Eldar Bayramov bildirib.

Onun sözlərinə görə, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycana qarşı yeni hərbi təxribata əl atıb: “Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirib və artıq bir neçə kəndi işğaldan azad edib. Hərbi əməliyyatları davam etdirilir və düşmənə ciddi zərbələr endirilir. Hazırkı vəziyyət və nəticələrlə bağlı məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Brifinqdə Gürcüstanın aparıcı KİV təmsilçiləri iştirak ediblər. Mətbuat nümayəndələrinə Ermənistanın işğalını əks etdirən fotomateriallar nümayiş etdirilib.

Digər xəbərlər