Tbilisidə Gürcüstan-Azərbaycan əməkdaşlığı müzakirə olunub

 Tbilisidə Gürcüstan-Azərbaycan əməkdaşlığı müzakirə olunub

24 Sentyabr, 2020 | 20:10

“Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığı ildən-ilə əhəmiyyətli dərəcədə inkişaf edir”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün keçirdiyi görüşdən sonra deyib.  

XİN başçısının sözlərinə görə, görüşdə ölkələr arasındakı münasibətlər, birgə layihələr və gələcək planlar müzakirə olunub: “Görüşdə həmçinin ölkələrin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstək ifadə olunub”.

D.Zalkaliani qeyd edib ki, əsas diqqət ticari-iqtisadi əlaqələrin gələcəkdə daha da fəallşadırılması məsələsinə ayırılıb: “Əlbəttə ki, dövlət sərhədinin delimitasiyası prosesi ilə bağlı məsələ barədə də danışılıb. Proses pandemiyanın yaratdığı çətinliklər səbəbindən uzandı. Lakin hər iki tərəf prosesin sürətləndirilməsi və məsələnin milli maraqlar nəzərə alınmaqla həll olunmasına maraq ifadə edib”.

Qeyd edək ki, C.Bayramov Gürcüstana ilk rəsmi səfəri çərçivəsində prezident Salome Zurabişvili, baş nazir Giorgi Qaxaria, vitse-spiker Kaxaber Kuçava ilə də görüşüb.    

Digər xəbərlər