Müxalifət birliyi Marneuli və Bolnisi üzrə namizədlərini rəsmən təqdim edib

 Müxalifət birliyi Marneuli və Bolnisi üzrə namizədlərini rəsmən təqdim edib

23 Sentyabr, 2020 | 21:45

“Vahid Milli Hərəkat – “Güc birlikdədir”” birliyi bu gün majoritar deputatlığa namizədlərinin rəsmi təqdimatını keçirib.

NewsBureau xəbər verir ki, mərasimdə müxalif birliyin Marneuli-Qardabani və Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka seçki dairəsi üzrə namizədləri də elan olunub.

Marneuli-Qardabani üzrə Azər Süleymanov, Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka dairəsi üzrə isə Kaxa Okriaşvili deputat mandatı uğrunda mübarizə aparacaq.

Azər Süleymanov
Kaxa Okriaşvili

Rustavi dairəsi üzrə isə 2008-2013-cü illərdə Kvemo Kartli bölgəsinin qubernatoru olan Davit Kirkitadzenin namizədliyi irəli sürülüb.

Davit Kirkitadze

Digər xəbərlər