Gürcüstanda deputatlığa azərbaycanlı qadının namizədliyi irəli sürülüb

 Gürcüstanda deputatlığa azərbaycanlı qadının namizədliyi irəli sürülüb

23 Sentyabr, 2020 | 16:30

“Gürcüstan” partiyası Gülsəfa Ayvazovanı Marneuli-Qardabani dairəsi üzrə majoritar deputatlığa namizəd irəli sürüb.

NewsBureau xəbər verir ki,  bu barədə G.Ayvazova “Facebook” səhifəsində yazıb.

O, Marneuli və Qardabani seçicilərinə müraciət edib. Namizəd seçicilərdən onun namizədliyini dəstəkləmələrini xahiş edib.

Qeyd edək ki, indiyədək Marneuli-Qardabani üzrə qadın namizəd təqdim olunmayıb.

Digər xəbərlər