Azərbaycanlı nazirin Gürcüstana səfər proqramı açıqlanıb

 Azərbaycanlı nazirin Gürcüstana səfər proqramı açıqlanıb

23 Sentyabr, 2020 | 20:09

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Gürcüstana ilk rəsmi səfərini edəcək.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov səfər çərçivəsində Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxaria, xarici işlər naziri David Zalkaliani, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, parlament sədrinin müavini Kaxaber Kuçava və deputatlarla görüşəcək.

XİN başçısı həmçinin Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü və Qəhrəmanlar meydanında ucaldılmış abidəni də ziyarət edəcək.

Digər xəbərlər