Azərbaycanın Gürcüstandakı səfiri fəaliyyətə başlayıb

 Azərbaycanın Gürcüstandakı səfiri fəaliyyətə başlayıb

23 Sentyabr, 2020 | 17:51

Azərbaycanın Gürcüstana yeni təyin olunan səfiri Faiq Quliyev etimadnaməsinin surətini bu ölkənin xarici işlər naziri David Zalkalianiyə təqdim edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan XİN-nin yaydığı məlumatda bildirilib.

D.Zalkaliani F.Quliyevi Gürcüstanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və gələcək işlərində uğurlar diləyib.

Nazir bundan sonra Gürcüstan və Azərbaycan arasında strateji münasibətlər və  əlaqələr daha da dərinləşdiriləcəyinə ümidvar olduğunu bildirib.

Tərəflər həmçinin ikitərəfli əlaqələrin cari vəziyyətini və gələcək əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

Digər xəbərlər