Yoluxma halları artır – Gürcüstan hökuməti fövqəladə vəziyyət elan edəcək?

 Yoluxma halları artır –  Gürcüstan hökuməti fövqəladə vəziyyət elan edəcək?

22 Sentyabr, 2020 | 15:47

“Gürcüstanda hazırkı epidemioloji vəziyyət nəzarət altındadır və idarə olunandır”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Gürcüstanda koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, ölkədə fövqəladə vəziyyətin elan edilməsi və sərt məhdudidiyyətlərin tətbiqi planlaşdırılmır:

“Təşvişə əsas yoxdur. Bu və ya digər bölgədəki mövcud epidemioloji vəziyyətdən asılı olaraq lokal məhdudiyyətlərin tətbiqi istisna edilmir”. /Report

Digər xəbərlər