Pandemiyada səsvermə: Gürcüstan MSK qaydalar qəbul edib

 Pandemiyada səsvermə: Gürcüstan MSK qaydalar qəbul edib

19 Sentyabr, 2020 | 12:39

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə günü üçün xüsusi protokol hazırlayıb.  

NewsBureau xəbər verir ki, sənəddə koronavirusun yayılmasının qarşısını almaq üçün aşağıdakı qaydalar əks olunub:

  • məntəqə komissiyalarının üzvləri, müşahidəçilər və KİV nümayəndələrinin məntəqəyə daxil olarkən hərarətləri ölçüləcək. Bundan sonra onlar əllərini dezinfeksiya edib maska taxacaqlar. Komissiya üzvləri də üz sipərləri və əlcəklərdə olacaqlar.
  • məntəqəyə girişdə dezbaryer, dezinfeksiya üçün məhlul və koronavirusdan qorunmaq üçün qabaqlayıcı tədbirlər haqqında məlumat olacaq.
  • seçki kabinələri elə quraşdırılacaq ki, gizli səsvermə prinsipi və sanitar-gigiyenik normalar pozulmasın.

Seçicilər üçün tələblər daha sadə olacaq – temperatur ölçülməyəcək, yalnız maska taxmaq tələb olunacaq. Maskanı evdə unudan seçicilərə məntəqədə maska veriləcək.

Seçici identifikasiya olunmaq üçün maskanı 2 dəfə çıxarmalı olacaq. Əgər hər hansı seçici bundan imtina etsə, o, səsverməyə buraxılmayacaq.  

Seçicilərə bülleteni doldurmaq üçün fərdi qələm də veriləcək. Qələm istifadə olunandan sonra xüsusi konteynerə atılacaq.  

Xatırladaq ki, parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Digər xəbərlər