İlham Əliyev: “Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı”

 İlham Əliyev: “Gürcüstan özünü çox etibarlı tərəfdaş kimi apardı”

19 Sentyabr, 2020 | 19:40

“Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan verməyib”.

NewsBureau xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Dövlət başçısı məhz buna görə Xəzəryanı ölkələrin əraziləri və hava sahələri vasitəsilə yük təyyarələrinin Ermənistana silahlar daşıdığını bildirib: “Gürcüstan çox etibarlı tərəfdaş kimi özünü apardı. Buna görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm. Gürcüstan hökumətinin simasında biz etibarlı tərəfdaş və dost görürük”.

İ.Əliyev Azərbaycan və Gürcüstan hökumətləri arasında əlaqələrin gündən-günə möhkəmləndiyini və bir çox önəmli layihələrin icra edildiyini söyləyib:

“Bizi həm tarixi əlaqələr, həm də ortaq maraqlar bağlayır. Bu gün Gürcüstan və Azərbaycan arasındakı əlaqələr və inkişaf edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Gürcüstan və Azərbaycan hökumətləri bir-biri ilə sıx təmasdadır və bu davam edəcəkdir”.  

Digər xəbərlər