Baş Prokurorluq: Tamar Baçaliaşvili hakerlik etməyib

 Baş Prokurorluq: Tamar Baçaliaşvili hakerlik etməyib

19 Sentyabr, 2020 | 12:14

Gürcüstanın Baş Prokurorluğundan ölən 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin hakerlik etmədiyini bildirilib.

NewsBureau xəbər verir ki, qızın noutbuk və telefonu ekspertizadan keçirilib.

Nəticələr göstərib ki, T.Baçaliaşviliyə məxsus avadanlıqlarda haker tipli proqramlar olmayıb.

Qurğuların yaddaşında proqramçının fəaliyyəti ilə bağlı layihələr aşkarlanıb. Layihələrdə veb-proqramlaşdırma texnologiyalarından istifadə olunub.

T.Baçaliaşvilinin ölümü ilə bağlı qanunsuz azadlıqdan məhrum etmə və özünü öldürmə həddinə çatdırma maddələri üzrə istintaq davam etdirilir.

Digər xəbərlər