Spiker: “”Gürcü Arzusu” seçkilərdə qalib gələcək”

 Spiker: “”Gürcü Arzusu” seçkilərdə qalib gələcək”

17 Sentyabr, 2020 | 13:36

“Biz tərəfdarlarımıza güvənirik, vətəndaşlarımıza etibar edirik. “Gürcü Arzusu”nun seçkilərdə qələbə qazanacağına inanırıq”.

NewsBureau xəbər verir ki, bunu parlament sədri Arçil Talakvadze deyib.

Spikerin sözlərinə görə, parlament çoxluğu və Nazirlər Kabinetini “Gürcü Arzusu” formalaşdıracaq.

O, gələcək parlamentin daha sakit, işgüzar və əməkdaşlığa yönələn olacağını qeyd edib.

Digər xəbərlər