Gürcüstanda deputatlar narkoloji testdən keçiriləcək

 Gürcüstanda deputatlar narkoloji testdən keçiriləcək

17 Sentyabr, 2020 | 14:24

Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri ikinci oxunuşda qəbul edib.

NewsBureau xəbər verir ki, qanun layihəsini 87 deputat dəstəkləyib.

Dəyişikliklərə əsasən, qanunverici orqana deputat seçiləcək şəxslər narkoloji test verməli olacaqlar.

Qanun layihəsinin ilkin versiyasına əsasən, bu cür tibbi yoxlamadan deputatlığa namizədlərin keçirilməsi nəzərdə tutulurdu. Lakin majoritar və proporsional deputatlığa namizədlərin sayının 9 minə çatacağını nəzərə alaraq, bu, epidemioloji vəziyyət üçün əlavə risk kimi qiymətləndirilib.

Dəyişikliklərin parlamentin sabahkı iclasında üçüncü oxunuşda təsdiq olunacağı gözlənilir.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. 30 deputat majoritar, 120-si isə proporsional qaydada seçiləcək. /Report/   

Digər xəbərlər