ABŞ Gürcüstana parlament seçkilərini izləmək üçün könüllülər göndərəcək

 ABŞ Gürcüstana parlament seçkilərini izləmək üçün könüllülər göndərəcək

17 Sentyabr, 2020 | 10:21

ABŞ Dövlət Departamenti Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkəyə könüllülər göndərəcək.

NewsBureau xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeonun Gürcüstanın xarici işlər naziri Davit Zalkalianiyə ünvanladığı məktubda bildirilib.

ABŞ könüllülərinin ATƏT-in müşahidə missiyasına qoşulmaları nəzərdə tutulub.

M.Pompeo Gürcüstan hökumətinin beynəlxalq müşahidəçilərin ölkəyə gəlməsini təşviq etmək və asanlaşdırmaq üçün atdığı bütün addımları yüksək qiymətləndirdiyini vurğulayıb. /Report/

Digər xəbərlər