Xaricdəki Gürcüstan vətəndaşları səsvermə üçün qeydiyyatdan keçməlidirlər

 Xaricdəki Gürcüstan vətəndaşları səsvermə üçün qeydiyyatdan keçməlidirlər

16 Sentyabr, 2020 | 18:14

Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkilərində ölkə xaricində olan vətəndaşlar da səs verə biləcəklər.

NewsBureau xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Bunun üçün vətəndaşlar olduqları ölkələrdə Gürcüstan səfirliyinin konsulluq qeydiyyatına düşməlidirlər.

Siyahıya düşmək üçün vətəndaşlar oktyabrın 10-dək müraciət edə bilərlər. Qeydiyyat ödənişsizdir.

Qeydiyyatdan www.geoconsul.gov.ge saytında, birbaşa səfirlikdə və ya məktub göndərməklə keçmək mümkündür.  

Digər xəbərlər