Azərbaycanda neçə Gürcüstan vətəndaşı konsulluq qeydiyyatına alınıb?

 Azərbaycanda neçə Gürcüstan vətəndaşı konsulluq qeydiyyatına alınıb?

16 Sentyabr, 2020 | 18:46

Azərbaycanda konsulluq qeydiyyatında olan Gürcüstan vətəndaşlarının sayı 7 038 nəfər təşkil edir.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Xatuna Totladze bildirib.

Onun sözlərinə görə, ən çox Gürcüstan vətəndaşları konsulluq qeydiyyatına Yunanıstanda alınıb: “Bu ölkədə 13 221 Gürcüstan vətəndaşı qeydiyyatdadır. ABŞ-da 4 312, Ukraynada 3 543, İspaniyada isə 3 124 vətəndaşımız konsulluq qeydiyyatından keçib”.

X.Totladze deyib ki, parlament seçkiləri ilə bağlı xaricdə neçə seçki məntəqəsinin açılacağı indiki mərhələdə hələ bəlli deyil: “Oktyabrın 10-dək xaricdə olan Gürcüstan vətəndaşlarının konsulluq şöbələrində qeydiyyatı aparılacaq. Avqustun 11-nə olan məlumata əsasən, qeydiyyatda 52 702 vətəndaş var”.

Digər xəbərlər