VMHP-dən yeni seçki kampaniyası: “Mişaya həvalə et”

 VMHP-dən yeni seçki kampaniyası: “Mişaya həvalə et”

15 Sentyabr, 2020 | 16:51

Vahid Milli Hərəkat Partiyası (VMHP) “Mişaya həvalə et” adlı yeni seçki kampaniyasına start verib.  

NewsBureau xəbər verir ki, bu barədə VMHP-nin üzvü Zaal Udumaşvili bildirib.

Onun sözlərinə görə, partiyanın majoritar namizədlərinin əhalidən eşidəcəkləri bütün xahiş və tələblər VMHP-nin baş nazirliyə namizədi Mixeil Saakaşviliyə çatdırılacaq:

“Majoritar namizdlərimiz bütün kənd və rayonlara gedəcəklər. Onlar həlli tələb olunan məsələlərlə tanış olacaqlar. Bütün məsələlər Mixeil Saakaşvilinin diqqətinə çatdırılacaq və o, daha sonra həmin problemlərin həlli üçün öz planını təqdim edəcək”.

Digər xəbərlər