Gürcüstan müxalifəti seçkilərə blok şəklində gedir

 Gürcüstan müxalifəti seçkilərə blok şəklində gedir

15 Sentyabr, 2020 | 13:04

Vahid Milli Hərəkat Partiyası (VMHP), Respublika Partiyası, “Dövlət xalq naminə”, “Biz özümüz” hərəkatları, Tərəqqi və Azadlıq Partiyası seçki blokunda birləşiblər.

NewsBureau xəbər verir ki, onlar parlament seçkilərində “Güc birlikdədir” adlı blok şəklində iştirak edəcəklər.

VMHP-nin rəhbəri Qriqol Vaşadze bildirib ki, yaranan yeni birlik parlament seçkilərində həlledici qələbə qazanacaq.

Qeyd edək ki, ölkədə parlament seçkiləri oktyabrın 31-nə təyin olunub.

Digər xəbərlər