Gürcüstanda fövqəladə vəziyyət elan olunacaq? – Hökumətdən AÇIQLAMA

 Gürcüstanda fövqəladə vəziyyət elan olunacaq? – Hökumətdən AÇIQLAMA

14 Sentyabr, 2020 | 14:43

Gürcüstan ərazisində karantin  və fövqəladə vəziyyətin elan edilməsi planlaşdırılmır.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin Administrasiya rəhbəri Natia Mezvrişvili keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu gün dövlət, ölkənin səhiyyə sektoru və xəstəxanalar tam hazır vəziyyətdədir: “Ölkədə koronavirusla bağlı vəziyyət tam nəzarət altındadır. Əhaliyə yenə xatırladırıq ki, sosial məsafə saxlasınlar və kütləvi halda toplaşmaqdan çəkinsinlər”.

Digər xəbərlər