Gürcüstan MSK: 40 ölkədə seçki məntəqələrinin açılması planlaşdırılır

 Gürcüstan MSK: 40 ölkədə seçki məntəqələrinin açılması planlaşdırılır

14 Sentyabr, 2020 | 10:40

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində səsvermə üçün 40 ölkədə seçki məntəqəsi açmağı planlaşdırır.

NewsBureau xəbər verir ki, bu barədə MSK-dan bildirilib.

Qeyd olunub ki, Xarici İşlər Nazirliyindən təqdim olunan məlumata əsasən, təxminən 40 ölkədə seçki məntəqələrinin yaradılması nəzərdə tutulub. Həmin ölkələrdə indiyədək belə təcrübə tətbiq olunub.

Seçki məntəqələrinin fəaliyyəti bu və ya digər ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq.

Xaricdə seçki məntəqələri yaradılan kimi onlar haqqında məlumat dərhal MSK-nın saytında yerləşdiriləcək.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 31-nə təyin olunub.

Digər xəbərlər