Gürcüstanda daha bir deputatda koronavirus aşkarlanıb

 Gürcüstanda daha bir deputatda koronavirus aşkarlanıb

13 Sentyabr, 2020 | 13:03

Gürcüstan parlamentinin deputatı Gedevan Popxadzenin koronavirusa yoluxduğu müəyyən edilib.

NewsBureau xəbər verir ki, o, ötən gün yüksək temperaturla Respublika Xəstəxanasına müraciət edib.

G.Popxadzenin COVID-19-la bağlı testi müsbət nəticə göstərib.

Qeyd edək ki, bundan öncə deputat Levan Qoqiçaişviliyə də koronavirus diaqnozu qoyulub. G.Popxadze “Bizim Gürcüstan – Həmrəylik Alyansı” Partiyasının icraçı, L.Qoqiçaişvili isə siyasi katibidir.

Digər xəbərlər