Saakaşvilinin anası deputatlığa namizəd olacaq?

 Saakaşvilinin anası deputatlığa namizəd olacaq?

12 Sentyabr, 2020 | 11:08

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası Giuli Alasaniya Vahid Milli Hərəkat Partiyasının (VMHP) Zuqdidi dairəsi üzrə majoritar deputatlığa namizəd kimi irəli sürülə bilər.  

NewsBureau xəbər verir ki, bu barədə VMHP-nin üzvü Koba Nakopia “Pirveli” telekanalının efirində deyib.

Avropalı Gürcüstan Partiyasının lideri Gigi Uqulava partiyanın bu qərarını tənqid edib və deyib ki, G.Alasaniya simvolik namizəd olacaq.

VMHP-də G.Uqulavanın dediklərini şərh etməkdən imtina edərək bildiriblər ki, G.Alasaniya Zuqdididə mütləq qalib gələcək.

Digər xəbərlər