Gürcüstanın 5 şəhərinə yeni mer seçiləcək

 Gürcüstanın 5 şəhərinə yeni mer seçiləcək

12 Sentyabr, 2020 | 11:23

Gürcüstanda oktyabrın 31-də parlament seçkilərinə paralel olaraq mer və sakrebulo deputatlarının seçilməsi üzrə əlavə seçkilər də keçiriləcək.  

NewsBureau xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

Qərara əsasən, əlavə seçkilər 4 bələdiyyədə olacaq. Onlar Tbilisi, Telavi, Tetritskaro və Oni bələdiyyələrinin majoritar dairələrində keçiriləcək. Seçkilər 39 seçki məntəqəsində təşkil olunacaq.

Növbədənkənar mer seçkiləri isə Kaspi, Oni, Xaraqauli, Tercola və Kutaisi şəhərlərində təyin olunub. Səsvermə 254 seçki məntəqəsində olacaq.

Əlavə seçkilərin təyin olunması sakrebulo üzvləri və merlərin səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ilə bağlıdır.

Digər xəbərlər