Zaur Darğallının biznes əlaqələri araşdırılıb

 Zaur Darğallının biznes əlaqələri araşdırılıb

11 Sentyabr, 2020 | 13:25

“Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatı Gürcü Arzusu Partiyasının 30 majoritar namizədinin biznes əlaqələri və ianələri ilə bağlı araşdırma hazırlayıb.

NewsBureau xəbər verir ki, sənədə əsasən, namizədlərin 19-u sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Bu fəaliyyətə ya onların özləri, ya da ailə üzvləri cəlb olunub. Onların müxtəlif yollarla 186 şirkətlə əlaqələri aşkarlanıb.  

Hesabatda qeyd olunub ki, namizədlərin 14-ü partiyaya şəxsi qaydada ianə edib. Vəsaitlərin həcmi 740 826 min lariyə bərabərdir.

Araşdırmada Marneuli-Qardabani dairəsi üzrə namizəd Zaur Darğallı ilə bağlı məlumat da yer alıb. Bildirilib ki, Z.Darğallı biznes fəaliyyətinə cəlb olunmayıb və siyasi ianələr etməyib. Bu cür namizədlərin sayı 6 nəfərdir.

Digər xəbərlər