Saakaşvili Gürcüstanın baş nazirliyinə namizəd irəli sürüldü

 Saakaşvili Gürcüstanın baş nazirliyinə namizəd irəli sürüldü

7 Sentyabr, 2020 | 12:24

“Güc birlikdədir” müxalif birliyi Mixeil Saakaşvilini baş nazir postuna namizəd irəli sürüb.

NewsBureau xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Qriqol Vaşadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərin görə, M.Saakaşvili Gürcüstana qayıtmalı və xalqı ilə görüşməlidir.

Q.Vaşadze qeyd edib ki, bütün suallara sabiq prezident bu gün axşam özü cavab verəcək.

O deyib ki, Gürcüstan cəmiyyəti dəyişikliklər tələb edir və bu, yalnız VMHP və birləşmiş müxalifət tərəfindən həyata keçirilə bilər.

Digər xəbərlər