Giorgi Qaxaria karantin müddətinin qısaldılmasına münasibət bildirib

 Giorgi Qaxaria karantin müddətinin qısaldılmasına münasibət bildirib

7 Sentyabr, 2020 | 11:08

“Vətədaşlarımızın sağlamlığına zərər vurmadan karantin müddətini qısaltmaq imkanı varsa, biz bundan istifadə etməliyik”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria deyib.

Hökumət başçısı ölkədə əlavə məhdudiyyətlərin tətbiq olunub-olunmayacağına da münasibət bildirib: “Biz, xüsusən də indi – seçkiqabağı proses gedərkən əlavə məhdudiyyətlər tətbiq etməməliyik”.

O qeyd edib ki, gündəlik yoluxma sayı 20, 30, 40 olarsa, bundan qorxmaq lazım deyil, belə ki, proses idarə olunandır.

Xatırladaq ki, ölkədə karantin müddətinin 12 gündən 8 günədək endirilməsi məsələsi müzakirə olunur.

Digər xəbərlər