Gürcüstanda yenidən fövqəladə vəziyyət elan oluna bilər?

 Gürcüstanda yenidən fövqəladə vəziyyət elan oluna bilər?

6 Sentyabr, 2020 | 12:23

Gürcüstanda ikinci dəfə fövqəladə vəziyyətin elan olunması nəzərdən keçirilmir.

NewsBureau xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, xüsusi bir hal baş verməsə, kəskinləşmə olmasa, bu məsələ müzakirəyə çıxarılmayacaq.

Mərkəz rəhbəri qeyd edib ki, genişləndirilmiş testlənmə virusu vaxtında aşkarlamaq və yoluxan şəxsi təcrid etmək üçün ən əsas vasitələrdən biridir.

Digər xəbərlər