Tbilisidə müxalif partiyanın üzvü döyülüb, 1 nəfər saxlanılıb

 Tbilisidə müxalif partiyanın üzvü döyülüb, 1 nəfər saxlanılıb

5 Sentyabr, 2020 | 13:39

Tbilisidə müxalif “Lelo” partiyasının üzvü Giorgi Qlunçadzeyə hücum olub.

NewsBureau xəbər verir ki, polis müxalifətçini döyməkdə təqsirli bilinən 33 yaşlı şəxsi artıq saxlayıb.

G.Qlunçadze Tbilisinin Didube dairəsindən deputatlığa namizəd Levan Samuşiyanın seçki qərargahının rəhbəridir. O bildirib ki, sentyabrın 4-də axşam saatlarında üç naməlum kişi ona yaxınlaşıb, təhqir etməyə başlayıblar və partiyadakı fəaliyyəti ilə bağlı müxtəlif suallar veriblər.

Mübahisədən sonra “Lelo” üzvü döyülüb. O, orta dərəcəli beyin silkələnməsi ilə Quduşauri klinikasına çatdırılıb.

Faktla bağlı istintaq aparılır.

Digər xəbərlər