Gürcüstanda parlament seçkilərində neçə partiya iştirak edəcək?

 Gürcüstanda parlament seçkilərində  neçə partiya  iştirak edəcək?

4 Sentyabr, 2020 | 22:18

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində iştirak etmək istəyən partiyaların qeydiyyat prosesini yekunlaşdırıb.

NewsBureau xəbər verir ki, bu barədə MSK-dan bildirilib.

Qeyd olunub ki, qeydiyyat üçün 78 partiyadan müraciət daxil olub. Onların 66-sı qeydiyyata alınıb, 12-si isə imtina cavabı alıb.

MSK-dan qeyd olunub ki, növbəti mərhələdə – oktyabrın 1-dək partiya/seçki blokları seçki siyahılarını təqdim etməli olacaqlar.

Digər xəbərlər