Saakaşvili niyə Gürcüstanın baş naziri ola bilməz? – Politoloq rəyi

 Saakaşvili niyə Gürcüstanın baş naziri ola bilməz? – Politoloq rəyi

31 Avqust, 2020 | 14:34

Politoloq Nika Çitadze “Sputnik Georgia” radiosuna keçmiş prezident Mixeil Saakaşvilinin Gürcüstanın baş naziri olması şanslarını qiymətləndirib.

NewsBureau xəbər verir ki, onun sözlərinə görə, əksəriyyət Vahid Milli Hərəkat Partiyasına (VMHP) M.Saakaşvilinin nüfuzuna görə səs verir.

Politoloq bildirib ki, M.Saakaşvilinin Gürcüstanda dəstəyi var: “Lakin hazırkı mərhələdə əgər partiya 100% səs toplasa belə, Saakaşvili hələ baş nazir ola bilməyəcək. Çünki ona qarşı cinayət işi qaldırılıb və o, Gürcüstan vətəndaşı deyil. Bunların hamısı hüquqi prosedurlar tələb edir. Lakin indiki mərhələdə onun baş nazir olmaq şansı yoxdur”.

Qeyd edək ki, VMHP-də parlament seçkilərində qələbə qazanılacağı təqdirdə M.Saakaşvilinin baş nazir vəzifəsinə namizəd irəli sürülməsi müzakirə olunur.

Digər xəbərlər