Arçil Talakvadzenin mühafizəçisində COVID-19 təsdiqlənib, spiker təcrid olunub

 Arçil Talakvadzenin mühafizəçisində COVID-19 təsdiqlənib, spiker təcrid olunub

30 Avqust, 2020 | 17:04

Gürcüstan parlamentinin sədri Arçil Talakvadzenin şəxsi mühfizəçisində koronavirus aşkarlanıb.

NewsBureau xəbər verir ki, bu barədə parlamentin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, protokola uyğun olaraq digər şəxslərlə yanaşı spiker və onun ailə üzvləri də PCR testindən keçirilib və nəticələr neqativ olub.

Epidemioloji təhlükəsizlik qaydaları baxımından A.Talakvadze özünütəcrid rejiminə keçib.

Digər xəbərlər