Tbilisidə “Vətənpərvərlər Alyansı”nın banerinə boya atıblar – FOTO

 Tbilisidə “Vətənpərvərlər Alyansı”nın banerinə boya atıblar – FOTO

29 Avqust, 2020 | 16:15

Naməlum şəxslər Tbilisinin Birinci Respublika meydanında quraşdırılan “Vətənpərvərlər Alyansı” partiyasının seçkiqabağı banerinə boya atıblar.

NewsBureau xəbər verir ki, insident ötən gecə baş verib.

Partiyanın liderlərindən biri, Gürcüstan parlamentinin vitse-spikeri İrma İnaşvili baş verənləri onun bu yaxınlarda Abxaziyaya səfəri ilə əlaqələndirib:

“Satqınlara bəyan edirəm ki, siz abxaz və gürcülərin barışmasına mane olmayacaqsınız”.

Qeyd edək ki, İ.İnaşvili və partiyanın digər deputatı Giorgi Lomiya bu ayın ortalarında Abxaziyaya səfər ediblər. Bu, Gürcüstan ictimaiyyətində narazılıqla qarşılanıb.

Digər xəbərlər