Gürcüstan parlamenti fəaliyyətini bərpa edir

 Gürcüstan parlamenti fəaliyyətini bərpa edir

29 Avqust, 2020 | 11:17

Sentyabrın 1-də Gürcüstan parlamenti fəaliyyətini bərpa edəcək.

NewsBureau xəbər verir ki, bu barədə Birinci kanal məlumat yayıb.

Payız sessiyası çərçivəsində bir neçə yeni qaun layihəsi nəzərdən keçiriləcək və qəbul olunacaq.

Qanunverici orqanda Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun illik hesabatlarının da dinləniləcəyi gözlənilir.

Plenar iclaslar iki həftə davam edəcək, komitə iclasları isə adi rejimdə keçiriləcək.  

Digər xəbərlər