• 10.08.2020

Zaur Darğallı vəzifəsindən nə vaxt gedəcək?

 Zaur Darğallı vəzifəsindən nə vaxt gedəcək?

31 İyul, 2020 | 16:47

Marneuli rayonunun meri Zaur Darğallı sentyabrda vəzifəsini tərk edəcək.

NewsBureau xəbər verir ki, buna səbəb onun hakim Gürcü Arzusu Partiyasından parlament seçkilərinə namizəd kimi qatılmasıdır.

Partiyadan qeyd olunub ki, majoritar deputatlığa namizəd olan bəzi yüksək rəsmi şəxslər avqustun 1-də, digər vəzifəlilər isə seçki kampaniyası başlayan kimi istefa verəcəklər.

Qeyd edək ki, ölkədə parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. Seçki kampaniyasına isə sentyabrda start veriləcək.

Z.Darğallı deputatlığa Marneuli-Qardabani dairəsi üzrə irəli sürülüb. O, ötən ilin mayından Marneulinin meridir. /Report/

Digər xəbərlər