• 10.08.2020

Qubernator Qaracalar sakinlərindən şikayətlənib

 Qubernator Qaracalar sakinlərindən şikayətlənib

31 İyul, 2020 | 15:15

“Qardabaninin Qaracalar kəndində hələ də qətiyyən əməkdaşlıq etməyən müəyyən əhali kateqoriyası var”.

NewsBureau xəbər verir ki, bunu Kvemo Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə deyib.

Onun sözlərinə görə, kənddə 2 400 nəfərdən çox sakin tibbi müayinədən keçirilib:

“İşlər hələ çoxdur. Lakin bəzi insanlara görə proses ləngiyir. Təəssüf ki, bəziləri tibbi müayinədən imtina edirlər”.

Qeyd edək ki, Qaracalar kəndində indiyədək koronavirus 37 nəfərdə təsdiqlənib.

Digər xəbərlər