Giorgi Qaxaria müsəlman din xadimləri ilə görüşüb – FOTO

 Giorgi Qaxaria müsəlman din xadimləri ilə görüşüb – FOTO

31 İyul, 2020 | 19:54

“Ölkəmizin qüdrəti onun müxtəlifliyindədir. Buna görə də biz hər zaman müxtəlifliyimizin qayğısına qalmışıq və bundan sonra da qalacağıq”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria Qurban bayramı münasibətilə ölkənin müsəlman dini liderləri ilə keçirdiyi görüşdə deyib.

O bildirib ki, Gürcüstanda bütün dinlərin nümayəndələrinin ölkənin gələcəyi üçün birgə çalışması vacibdir və bu, gələcəkdə də davam edəcək:

“Gürcüstanda yaşayan bütün müsəlmanları Qurban bayramı münasibətilə təbrik edirəm. Təəssüflər olsun ki, biz bayramı koronavirusa görə lazımı səviyyədə qeyd edə bilmədik. Lakin ümid edirəm ki, bu hal birinci və sonuncu dəfədir. Müsəlmanlar bizim qardaşlarımızdır. Biz bir yerdə ölkəni qururuq və gələcəyi naminə çalışırıq. Ən əsası odur ki, bunu bir yerdə və uğurla edirik”.

G.Qaxaria müsəlmanlara uğurlar və cansağlığı arzu edib.

Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müfti Adam Şantadze və bir sıra rəsmi şəxslər iştirak ediblər.

Digər xəbərlər