• 10.08.2020

Parlament seçkiləri: İndiyədək neçə partiya qeydiyyatdan keçib?

 Parlament seçkiləri: İndiyədək neçə partiya qeydiyyatdan keçib?

30 İyul, 2020 | 10:47

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində iştirak etmək üçün daha 7 partiyanı qeydiyyata alıb.

NewsBureau xəbər verir ki, bu barədə MSK məlumat yayıb.

Bildirilib ki, qeydiyyat üçün 68 partiya müraciət edib ki, bu günə qədər onların 33-ü qeydiyyata alınıb, 11-i isə imtina alıb.

Parlamentdə təmsil olunan partiyalar üçün qeydiyyat müddəti iyulun 15-də başa çatıb. Parlamentdə olmayan partiyaların MSK-da qeydiyyatdan keçmə müddəti isə seçkilərə 57 gün qalmış – sentyabrın əvvəlində başa çatacaq.

Seçki subyektlərinin son siyahısı səsverməyə 30 gün qalmış məlum olacaq.

Qeyd edək ki, ölkədə parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.

Digər xəbərlər